
GADTB: Tehranda Evin zindanında məhbus həyatı yaşayan Güney Azərbaycan milli fəalı Vədud Əsədi qeyri-insani davranışlara məruz qalır və xəstəxanaya göndərilməsinə maneçilik törədilir.
Bununla bağlı güneyli fəal özünün qeydlərində açıqlama verib.
Cənab Əsədinin verdiyi məlumata görə, o, bir neçə ay davam edən təkrarlanan müraciətlərdən sonra nəhayət 1404-cü ilin mehr ayının 29-da (2025-ci il oktyabrın 21-də) ciddi görmə problemlərinin müalicəsi üçün Farabi xəstəxanasına göndəriləcək siyahıya salınıb. Lakin o, həbsxana geyimini geyinməkdən, həmçinin qandal və qandallı ayaqlıqdən istifadə etməkdən imtina etdiyi üçün — bunu “müharibə əsirlərinə bənzər və siyasi məhbusların insan ləyaqəti ilə ziddiyyət təşkil edən vəziyyət” adlandıraraq — xəstəxanaya aparılması dayandırılıb.
O, yazıb:
“Bu vasitə ilə həbsxana rəhbərliyinə yazılı etirazımı bildirirəm. Evin həbsxanasında siyasi məhbuslara göstərilən tibbi xidmət onların şəxsiyyətinə və insan ləyaqətinə uyğun deyil. Bu davranışlar qəbuledilməzdir və dəyişdirilmədiyi müddətcə, heç bir halda müalicə müəssisələrinə getməyəcəyəm.”
Əsədi həmçinin qeyd edib ki, bundan əvvəl də 1404-cü ilin 2025-ci il oktyabrın 11-də xəstəxanaya göndərilmək üçün çağırıldığı zaman həbsxana geyimini geyinməkdən imtina etdiyinə görə müalicəyə aparılmayıb. Onun sözlərinə görə, məsul şəxslər məhbusların sağlamlıq vəziyyətinə tam biganə yanaşır və öz vəzifələrini yerinə yetirmirlər.
O, həmçinin Evin həbsxanasında saxlanılan digər azərbaycanlı fəallar — Tahir Nəqəvi və Mürtəza Pərvinin də ağır sağlamlıq vəziyyətinə diqqət çəkərək bildirib ki, onların heç biri lazımi tibbi yardımdan yararlana bilmir və həbsxana rəhbərliyi bu vəziyyətə görə cavabdehlik daşımır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi