Beynəlxalq Əfv Təşkilatı İranda edam dalğası ilə bağlı bəyanat yaydı

GADTB: Beynəlxalq Əfv Təşkilatı 2025-ci ildə İranda 1300-dən çox insanın edam edildiyini açıqlayıb. Təşkilat bu rəqəmi “son onilliklərdə qeydə alınan ən yüksək göstərici” adlandırıb və beynəlxalq ictimaiyyəti bu “dəhşəti dayandırmaq üçün təcili tədbirlər görməyə” çağırıb.

Hesabatda qeyd olunur ki, İran hakimiyyəti ölüm hökmündən “siyasi və sosial basqı vasitəsi” kimi istifadə edir və minlərlə insanın həyatını risk altına atır.

Təşkilatın bildirdiyinə görə, edamların çoxu ədalətsiz məhkəmələrdən sonra həyata keçirilir və bu cəza üsulu etirazları və etnik qrupları susdurmaq məqsədi daşıyır.

Qeyd edək ki, İranda edam sayının artması BMT-nin Baş kaibi Antonio Quterreşin də reaksiyasına səbəb olub.

O, BMT-nin oktyabrın 21-də Baş Assambleyaya təqdim etdiyi son hesabatda İranda insan haqları ilə bağlı vəziyyətin acınacaqlı olduuna diqqət çəkib.

Baş katib, edamların artması, məhbuslara işgəncə verilməsi, azlıqlara qarşı repressiyalar və vətəndaş azadlıqlarına artan məhdudiyyətlər barədə xəbərdarlıq edib.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …