Xoyda İranın Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə Əlihan adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: İrqçi fars-molla rejimin Xoydakı Qeydiyyat İdarəsi, məhkəmə qərarı olmasına baxmayaraq, azərbaycanlı körpəyə Əlihan adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Azərbaycanlı körpənin valideyni Zəhra Seyid Rzayi Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlum 3 sentyabr 2025-ci ildə anadan olub və biz ona Əlihan adını seçmişik. Lakin Xoy qeydiyyat idarəsinin rəsmiləri bu adın ad seçim sistemində olmadığını iddia edərək adı qeydiyyata almayacaqlarını bildirdilər. Ona görə də biz idarənin qərarında məhkəməyə şikayət etməli olduq. 29 oktyabrda Xoy Şəhər Baş Məhkəməsinin 2-ci şöbəsi bizi haqlı görərək xeyrimizə qərar verdi. Ancaq idarə doğum haqqında şəhadətnamə verməyəcəyini və məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini bildirdi.” – ana bildirib.

Qeyd edək ki, İranda mövcud qaydalara görə, doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, o cümlədən, peyvənd, süd tozu payından yararlana bilmirlər. Nəticədə ailələr bütün bu xərcləri öz ciblərindən qarşılamaq məcburiyyətində qalırlar. Bu da indiki sosial şəraitdə ailələri olduqca böyük çətinliklərə salır. Bundan başqa, bir çox hallarda xəstəxanalar da sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə rejim bu məhdudlaşdırıcı təzyiq vasitələrindən istifadə edərək ana-ataları uşaqlarına türk olmayan adlar seçməyə yönləndirməyə çalışır.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …