Cümə axşamı , Noyabr 12 2026
azfa

Molla rejimin Şərqi Azərbaycanda teleradio şirkətinə təyin etdiyi Azərbaycan mədəniyyətinə qarşı hörmətsizlik edib- Video

GADTB: İrqçi fars-molla rejimin Şərqi Azərbaycanda teleradio şirkətinin rəis təyin etdiyi Əkbər Rzayi Azərbaycan mədəniyyətinə qarşı hörmətsizlik edib.

Rzayi deyib: “Dini qadağalarla yanaşı, rəqslə bağlı mədəni problemimiz də var və Azərbaycan rəqsi kimi təqdim edilən şeyin Azərbaycanla heç bir əlaqəsi yoxdur!”

Bu sözlər Azərbaycan rəqsinin regionda və dünyada Azərbaycan xalqının tarixi və  bədii kimliyinin ən tanınmış təzahürlərindən biri olduğu bir vaxtda səslənir.

Bu cür ifadələr dərin cəhaləti, mədəni irsin açıq şəkildə təhrif olunmasını və Azərbaycan-türk xalqının kimlik simvollarını gizlətmək cəhdini əks etdirir.

Video:

https://t.me/GADTB1/46233

Həmçinin yoxlayın

Urmiya Bələdiyyəsi Süngünün Mis kmandasını məğlub etdi – Video

GADTB: Azərbaycan Bələdiyyəsi (Urmiya) komandası Təbrizin Şəhid Şərifi idman zalında keçirilən maraqlı qarşılaşmada Süngünün Mis …

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …