
GADTB: Azərbaycanlı milli fəal, universitet müəllimi və vəkil Əbülfəz Rəncbrinin həbsindən 205 gün, yəni təxminən 7 ay keçir. O, bu müddət ərzində heç bir hüquqi sənəd və əsas göstərilmədən, həmçinin görüş və telefon zəngləri qadağan olunmuş şəkildə nəzarətdə saxlanılır. Məlumatlara görə, təhlükəsizlik qurumlarının müdaxilələri səbəbindən onun işi dəfələrlə istiqamət dəyişib.
Məsələyə baxan Təbriz İnzibati Məhkəməsinin 10-cu şöbəsinin müstəntiqi ilkin mərhələdə Rəncbrinin üzərinə qoyulan “casusluq” ittihamının hüquqi dayağının olmadığını bildirərək iş üzrə təqibin dayandırılması tələbini irəli sürmüşdü. Lakin dosye təhlükəsizlik qurumlarının müdaxiləsi ilə 15-ci şöbəyə ötürülüb.
Hazırda Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində keçirilən iki iclasda hakim yenidən casusluq ittihamının hüquqi əsasdan məhrum olduğunu etiraf edib. Buna baxmayaraq, məhkəmənin ittihamı “yer üzündə fəsad törətməyə yardım” maddəsinə dəyişməyə çalışdığı bildirilir — halbuki bu ittihamda belə, “birbaşa icraçı şəxsin kimliyi belə məlum deyil”.
14 Ordibehəştdə həbs olunan Əbülfəz Rəncbəri, İran–İraq müharibəsi qazisidir. O, bu 7 ay ərzində Təbriz həbsxanasının karantin bölməsində, ən əsas hüquqlar təmin edilmədən saxlanılır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi