Çərşənbə , Sentyabr 9 2026
azfa

Ramin Musazadə saxlanıldıqdan sonra girov qarşılığında Xoy həbsxanasından azad edilib

GADTB: Xoy şəhərində yaşayan mədəni fəal Ramin Musazadə 11 Aban 1404 tarixində molla rejimin qüvvələri tərəfindən evində saxlanılıb və bir neçə günlük dindirilmədən sonra 22 Aban 1404-də girov qoymaqla azadlığa buraxılıb.

“Abbas Lisanı Məlumat Səhifəsi”nin məlumatına görə, Musazadə incəsənət tarixi üzrə magistr dərəcəsinə malikdir və o, istintaq prosesində “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub. Fəal 500 milyon tümənlik girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Xəbər hazırlanarkən ona yönəlmiş ittihamların səbəbləri və işin detalları barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …