Cümə , İyul 17 2026
azfa

Londonda azərbaycanlı məhbuslara dəstək aksiyası keçirildi

GADTB: Bir neçə azərbaycanlı və ərəb fəal Londonda, Böyük Britaniyadakı İran İslam Respublikası səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyanın məqsədi Azərbaycanlı siyasi məhbuslara qarşı tətbiq olunan təzyiqlərə və ədalətsizliklərə beynəlxalq ictimaiyyətin diqqətini yönəltmək olub.

Aksiya iştirakçıları üzərində Azərbaycanlı məhbusların fotoları əks olunan bannerlər və aşağıdakı şüarlarla çıxış ediblər:

“İranda irqçiliyi dayandırın”

“Cənubi Azərbaycan məhbuslarını azad edin”

“İran səfirliyini Böyük Britaniyada bağlayın!”

“Ana dilində təhsil bizim fundamental haqqımızdır”

Etirazçılar Azərbaycanlı məhbusların dərhal azad edilməsini, habelə Azərbaycan xalqının mədəni və dil hüquqlarına hörmət göstərilməsini tələb ediblər.

Həmçinin yoxlayın

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …

Molla rejimi Hörmüz boğazında daha bir gəmini vurub

GADTB: Bu gün molla rejimin Sepah terror təşkilatı Hörmüz boğazında daha bir gəmini vurulub. Britaniyanın …