Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbriz həbsxanasının karantin bölməsində görüş qadağası; Əbülfəz Rəncbəri və Yuunis Məraminin ittihamı dəyişdirildi

GADTB: 14 ordibehişt və 10 tir 1404 tarixlərində saxlanılan Əbülfəz Rəncbəri və Yunis Məraminin ittihamları yenidən dəyişdirilib. Təbriz Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsində keçirilən baxış iclasından sonra onların əvvəlki “düşmən ölkələrə casusluq” ittihamı “yer üzündə fəsadı artırmaqda iştiraka (müavinət)” çevrilib.

“Abbas Lisaninin məlumat səhifəsi”nin yaydığı xəbərə görə, Rəncbəriyə yaxın şəxslər dosyenin müdafiəsini üzərinə götürməsi üçün tanınmış azərbaycanlı vəkil, Azərbaycan Şərqi Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvü Əsğər Məhəmmədiyə müraciət ediblər. Lakin vəkil rəsmi olaraq işi qəbul etsə də, hazırda Rəncəbri və Məraminin Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsində saxlanılması və onların görüş və telefon əlaqəsindən məhrum edilməsi səbəbindən müvəkkili ilə heç bir əlaqə qura bilməyib.

Məlumata əsasən, 3-cü şöbənin hakimi Həsən Fətəncəd yeni ittihamı – “yer üzündə fəsadı artırmaqda iştirak” – tərəflərin müdafiə hüququnu təmin etmədən irəli sürüb. İstintaq materiallarının kifayət etməməsi səbəbindən ittihamın bu müddət ərzində iki dəfə dəyişdirildiyi ehtimal olunur.

Universitet müəllimi, vəkil və İran–İraq müharibəsi qazisi Dr. Əbülfəz Rəncbəri 14 ordibehişt 1404 tarixində evinin qarşısında saxlanılıb. Azərbaycanlı vətəndaş fəalı Yünis Mərami isə 10 tir 1404-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək ETTELAAT-a aparılıb. Həbs zamanı Məraminin evi tam şəkildə axtarılıb, mobil telefon, noutbuk və digər rəqəmsal avadanlıqlar müsadirə olunub. Həmçinin qızı Halə Məramiyə məxsus mobil telefon və noutbuk da yoxlanılıb.

Həmçinin yoxlayın

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …

Ətraf mühit dərnəkləri Kəndivana yeni turizm yolunun çəkilməsinə qarşı çıxıblar

GADTB: Şərqi Azərbaycan Ətraf Mühit Dərnəklərinin Koordinasiya Şurasının üzvləri “Yasşəhr”dən Kəndivan kəndinə yeni turizm yolunun …