Təbrizdə azərbaycanlı valideyn 15 aydır övladına “Arka” adı ilə doğum şəhadətnaməsi ala bilmir

GADTB: Təbrizlı sakin bildirib ki, 15 aydır “Arka” adlı övladlarına şəxsiyyət vəsiqəsi verilməməsi ailəni ciddi sosial və tibbi problemlərlə üz-üzə qoyub. Halbuki 11 ay əvvəl məhkəmə qərarı ilə qeydiyyat idarəsinə həmin adla şəxsiyyət vəsiqəsi vermək tapşırılmışdı.

Uşaq 8 şəhrivər 1403-cü ildə doğulub və ailə ona türkcə “hami, qoruyan” mənasını verən “Arka” adını seçib. Lakin molla rejimin Təbrizdəki bütün qeydiyyat şöbələri “adın sistemdə olmaması” bəhanəsi ilə sənəd verməkdən imtina edib.

Körpənin atası Həsən Rəzmiyə görə, onlar hətta əvvəllər Təbrizdə “Arka” adı ilə verilmiş bir şəxsiyyət vəsiqəsinin surətini də təqdim ediblər. Buna baxmayaraq, idarə əməkdaşları adın qeydə alınmasından imtina ediblər.

Beş aylıq məhkəmə prosesindən sonra, deyiləni görə, 2024-cü ilin dey ayında məhkəmə Təbrizin Lalə qeydiyyat şöbəsinə “Arka” adı ilə sənəd verməyi məcburi edib. İdarə rəsmiləri əvvəlcə qərarı Tehrana göndərdiklərini və sistemin açılması üçün razılaşdırma aparıldığını bildiriblər, lakin bir neçə gün sonra qərardan apel­yasiya ediblər.

Ata deyir ki, təəssüf ki, apelyasiya məhkəməsi birinci instansiya qərarını ləğv edərək, adı “xarici” hesab edib və ailənin əleyhinə qərar çıxarıb. Ailə vəkil tutaraq prosesi davam etdirdiyini bildirir.

Həsən Rəzmi qeyd edib ki, 15 aylıq kimliksiz qalmış körpə, onları həm psixoloji, həm də maliyyə baxımından çətin vəziyyətdə qoyub. Onun sözlərinə görə:

Sağlamlıq mərkəzləri uşaq kimliksiz olduğu üçün peyvənd və tibbi müayinədən imtina edir;

Uşaq tibbi sığorta ala bilmir və bütün xərclər ailə tərəfindən ödənilir;

Körpə uşaq südü kvotası, ünvanlı sosial yardım, ədalət səhmi, uşaq krediti və digər sosial xidmətlərdən məhrum qalıb.

Ailə bildirir ki, bu proses uşaq sağlamlığını təhlükəyə atmaqla yanaşı, onların ən sadə hüquqlarına da ziddir və məsələni hüquqi yolla sonadək izləmək niyyətindədir.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …