
GADTB: Yüzlərlə məhbus dekabrın 12-də Kərəc şəhərinin həbsxanasında saxlanılan aclıq aksiyasına başlayıb.
Aksiya edama məhkum edilmiş 6 məhbusun edam qabağı hazırlıq üçün təkadamlıq kameralara salınmalarına görə başlayıb.
Aclıq aksiyası keçirən məhbuslar edam hökmlərinin artması və saxta ittihamlarla məhkum edilənlərin edamına səssiz qalmayacaqlarını bildiriblər.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1500-ə yaxın məhbus edam edilib.
Onların arasında siyasi baxışlarına görə məhkum edilənlərin də adları var.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi