Cümə , Sentyabr 18 2026
azfa

Sidneydə törədinlən terrorda onlarla insan ölüb və ya yaralanıb

GADTB: Bu gün Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində baş verən kütləvi atışma hadisəsi nəticəsində 10 nəfər həlak olub, çoxsaylı yaralılar var.

Hücum Hanuka bayramı tədbiri zamanı baş verib və iki silahlı şəxsə görə polis əməliyyat keçirib. Hadisə yerində polis təhlükəsizlik tədbirlərini gücləndirib və ictimaiyyəti ərazidən uzaq durmağa çağırıb. Terror aktının yəhudilərə qarşı törədilməsi ehtimal edilir.

İki şübhəli saxlanılıb. Onlardan biri öldürülüb, digəri isə yaralı halda həbs edilib. Hadisə ilə bağlı istintaq davam edir.

Sidney çimərliyində atəş açanlardan birini dinc sakin zərərsizləşdirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda orta yaşlı bir kişinin cinayətkara xəlvətcə yaxınlaşaraq onun atəş açdığı tüfəngi əlindən aldığı görünür.

“NewsWire” nəşrinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər ölüb. Həlak olanlar arasında uşaqlar və hüquq mühafizə orqanlarının əməkdaşı da var.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …