Cümə axşamı , Sentyabr 17 2026
azfa

ABŞ Senatı İran təhdidlərini əhatə edən qanun qəbul edib

GADTB: Dünən #ABŞ Senatı İrandan gələn təhdidləri də əhatə edən “2026-cı il İnformasiya Səlahiyyəti Qanunu”nu qəbul edərək prezident Donald Trampın imzası üçün Ağ Evə göndərib.

Respublikaçı #senator Tom Kotton bildirib ki, ikipartiyalı dəstək alan qanun layihəsi ABŞ kəşfiyyat icmasında “zəruri islahatlar” aparmağı və ölkənin İslam Respublikası və Çin kimi rəqiblərdən qorunması üçün resursların gücləndirilməsini nəzərdə tutur.

Sənəddə İranın uranın zənginləşdirilməsi fəaliyyəti ilə bağlı Konqresə məlumatlandırmanın artırılması xüsusi yer tutur. Qanun Konqresin uranın mümkün silahlaşdırılması ilə bağlı qərarlar barədə vaxtında və şəffaf şəkildə məlumat almasını tələb edir.

Eyni zamanda, qanunda İran tərəfindən ABŞ vətəndaşlarına yönələn ölümcül #təhdidlərə dair məlumatı olan bütün kəşfiyyat qurumlarının bu informasiyanı Federal Təhqiqat Bürosuna və potensial hədəflərin qorunmasına cavabdeh qurumlara ötürməsi öhdəliyi də yer alıb. / Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …