Cümə , Sentyabr 18 2026
azfa

Suriyada SEPAH-ın bazası aşkarlandı

GADTB: Suriyanın İraqla sərhəd bölgəsində İranın gizli “İmam Əli” bazası aşkarlanıb.

Bu haqda Suriyanın hərbi məlumatlar yayan “Qəle-yi Əlməziq” sosial media kanalı məlumat və video paylaşıb.

Bildirilib ki, 7 il əvvəl SEPAH tərəfindən inşa edilən baza, Bəşər Əsədin devrilməsindən sonra istifadəsiz qalıb.

“Sepah və İrana bağlı “Fatemiyun” briqadası, İraq sərhədi yaxınlığında geniş və mürəkkəb tunel şəbəkəsi qurublar”,- məlumatda bildirilib.

Yayılan videoda nəqliyyat vasitələri ilə hərəkət edə bilən və Hizbullah-a silah qaçaqmalçılığı üçün əsas yol hesab edilən böyük tunellər göstərilir.

Həmçinin yoxlayın

Razılıq almaq və rəsmi rəvayəti təhrif etmək üçün saxlanılan yeniyetmənin ailəsinə təzyiq və təhdidlər olur

GADTB: Təbrizdə bir yeniyetməyə polis əməkdaşlarının kobud və alçaldıcı davranışını əks etdirən görüntülərin yayılmasından sonra …

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …