Bazar ertəsi , Noyabr 30 2026
azfa

Xoyda azərbaycanlı fəal Cəfər Əkbərinin saatlarla dindirilib

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı Cəfər Əkbəri 16 dey 1404-cü il tarixində telefon zəngləri vasitəsilə Xoy şəhərində molla rejimin Kəşfiyyat İdarəsinə çağırılıb və bir neçə saat davam edən dindirməyə məruz qalıb.

Son günlər Azərbaycan şəhərlərində çağırışlar, təhdidlər, həbslər və ağır məhkəmə hökmlərinin verilməsi halları nəzərəçarpacaq dərəcədə artıb.

Qeyd olunur ki, Cəfər Əkbərinin bundan əvvəl də çağırılma və saxlanılma təcrübəsi olub.

Hüquqi baxımdan vurğulanır ki, Cinayət Prosessual Məcəlləsinin, xüsusilə 170-ci maddəsinə əsasən, şəxslərin çağırılması yalnız qanunda nəzərdə tutulmuş qaydada, yazılı çağırış vərəqəsi ilə həyata keçirilməlidir. Bu səbəbdən telefon zəngi və ya şifahi bildiriş yolu ilə edilən çağırışlar qanuni hesab edilmir və hüquqi qüvvəyə malik deyil.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …