ABŞ: İran hökuməti etirazçıları terrorçu kimi təqdim etmə klə dünyanı aldada bilməz

GADTB: ABŞ Dövlət Departamentinin farsdilli (Farsi) rəsmi X hesabı İran hökumətinin etirazçıları “terrorçu” kimi qələmə vermək cəhdinə reaksiya verib.

Paylaşımda deyilir:

“İslam Respublikası rejiminin etirazçıları ‘iğtişaşçı’ və ‘terrorçu’ adlandırması dünyanı aldada bilməz.”

Açıqlamada vurğulanır ki,

“Bu ifadələr zorakılığı əsaslandırmaq üçün istifadə olunan etiketlərdir, bundan başqa heç bir məna daşımır.”

İranda etirazların genişlənməsi fonunda hökumət rəsmiləri təhlükəsizlik tədbirlərini daha da sərtləşdirib və etirazçıları açıq şəkildə “terrorçu” adlandırmağa başlayıblar.

Son günlər İran Xarici İşlər Nazirliyi də Tehranda akkreditə olunmuş səfirləri və xarici nümayəndəlikləri dəvət edərək, xarici işlər naziri Abbas Araqçinin çıxışı və video-materialların nümayişi ilə etirazçılara qarşı tətbiq edilən misli görünməmiş zorakılığı əsaslandırmağa çalışıb.

Bu mövqe, etirazların artması ilə paralel olaraq təhlükəsizlik qurumlarının repressiyaları gücləndirdiyi və etirazçıların sistemli şəkildə “terrorçu” kimi damğalandığı bir vaxtda səsləndirilib. Bu çərçivədə İran XİN səfirlərin çağırılması və müxtəlif görüşlərin keçirilməsi yolu ilə repressiyaları legitim göstərməyə cəhd edir.

Buna cavab olaraq BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk də bildirib ki, etirazçıların terrorçu adlandırılması zorakılığı əsaslandırmaq məqsədi daşıyır və bu yanaşma qətiyyən qəbuledilməzdir.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …