Cümə axşamı , Sentyabr 17 2026
azfa

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.

Bu barədə “Politico” nəşri iki avropalı diplomata istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir.

“Politico”nun məlumatına görə, Almaniya, Fransa və Niderland Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəkləyən dövlətlərdir.

Məlumatda o da bildirlib ki, Avropa İttifaqı Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq niyyətində deyil.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …