Bazar , Noyabr 29 2026
azfa

Tramp prezidentlik müddəti bitməzdən əvvəl “azad İran”, “azad Kuba” və “azad Venesuelaya” səfər edəcək

GADTB: ABŞ prezidenti sosial şəbəkə hesabında paylaşdığı mesajla bir daha dolayı yolla İranın gələcəyinə işarə edib.

ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında Fox News-un aparıcısı Mark Tisenin açıqlamalarını yenidən paylaşdığı bir post yayımlayıb.

Tisen həmin açıqlamasında Trampın prezidentlik müddəti başa çatmamış “azad İran”, “azad Kuba” və “azad Venesuela” adlandırılan ölkələrə səfər edəcəyini proqnozlaşdırıb.

Bu dolayı işarə İranla bağlı proseslərin davam etdiyi, ölkə ətrafında siyasi və təhlükəsizlik mühitinin gərgin olaraq qaldığı bir dövrdə gündəmə gətirilir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …