Bazar , Noyabr 29 2026
azfa

Güney Azərbaycan şəhərləri Babək qalasına yürüşə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan bütün şəhərləri illik Babək qalası yürüşünə hazırlaşır. Bu məqsədlə azərbaycanlı fəallar Güney Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Parsabad, Sulduz, Xoy və digər şəhərlərində azərbaycanlı fəallar divarlara Babək qalasına illik yürüşə çağırışla bağlı şüarlar yazıblar.

Azərbaycanlı fəallar hər kəsi iyul ayının 5 və 6-da Babək qalası mərasimində iştirak etməyə çağırıblar.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar və Azərbaycan türk milləti illər öncədən irqçi fars rejiminin yaratdığı bütün maneələrə baxmayaraq, Babək qalası qurultayını keçirirlər.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …

Bir cavab yazın