Qətliamla etirazları yatıran molla rejimi ciddi iqtisadi çöküşlə üzləşir

GADTB: Qətliamla etirazları yatıran molla rejimi ciddi iqtisadi çöküşlə üzləşir. İran rialı növbəti dəfə dəyər itirərək tarixi minimum səviyyəyə düşüb. İran mediasının məlumatına görə, Tehranın sərbəst valyuta bazarında ABŞ dollarının qiyməti etirazlardan sonra ilk dəfə 150 min tüməni keçib. Bu, İran iqtisadiyyatı üçün yeni və təhlükəli rekord hesab olunur.

Eyni gün ölkədə qızıl bazarında da kəskin bahalaşma qeydə alınıb. Belə ki, hər bir qızıl sikkənin qiyməti 180 milyon tümənə çatıb. Müşahidəçilər bu kəskin artımı ölkədə dərinləşən siyasi və hərbi narahatlıqlarla əlaqələndirirlər.

Məlumata görə, ölkə daxilində misli görünməmiş repressiyalar və kütləvi insan itkilərindən sonra ABŞ-nin mümkün hərbi müdaxiləsi ilə bağlı qorxular cəmiyyətdə ciddi təşviş yaradıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …