Cümə axşamı , Noyabr 5 2026
azfa
Qaynar xəbər

20 gündən artıqdır saxlanılan Təbriz Universitetinin tələbəsi Mehtab Salehinin taleyindən xəbər yoxdu

GADTB: Təbriz Universitetinin Fransız dili ixtisası üzrə təhsil alan 23 yaşlı tələbəsi Mehtab Salehi bu şəhərdə dey ayı etirazları zamanı saxlanılıb. Saxlanılmasından 20 gündən çox vaxt keçməsinə baxmayaraq, onun vəziyyəti, saxlanıldığı yer və səhhəti ilə bağlı hələ də dəqiq məlumat yoxdur.

Bildirilir ki, tələbənin ailəsi həftələrlə davam edən məlumatsızlıqdan sonra onun saxlanıldığını öyrənə bilib. Eyni zamanda, təhlükəsizlik qurumlarının bu işin mediada işıqlandırılmasına qarşı xəbərdarlıq etdiyi və Mehtab Salehinin müvəqqəti azadlığa buraxılması üçün ağır girov şərti müəyyənləşdirdiyi deyilir.

Mövcud məlumatlara əsasən, Mehtab Salehinin mobil telefonu və noutbuku da daxil olmaqla şəxsi əşyaları müsadirə edilib. İndiyədək onunla ailəsi arasında birbaşa əlaqə yaradılmayıb. Bu hal saxlanılanların əsas hüquqlarına, o cümlədən vəkilə çıxış və ailə ilə əlaqə saxlamaq hüququna riayət olunması ilə bağlı narahatlıqları daha da artırıb.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “İran–ABŞ müharibəsi və Bakı–Tehran münasibətləri: Bölgəni nələr gözləyir?” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycanın Tikantəpə (Təkab) şəhərinin simvolu olan Sərdar Qalası divarlarına mismar və hökumət təbliğatı bannerləri vurulmaqla ziyan yetirilib

GADTB: Azərbaycanın Tikantəpə şəhərinin simvolu hesab olunan tarixi Sərdar Qalası baxımsız vəziyyətə düşüb. Mismarların divarlara …