Bazar ertəsi , May 6 2024
azfa

İran adlanan ölkə ABŞ sanksiyalarından yayınmaq üçün neftini özəl şirkətlər vasitəsi ilə satacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə ABŞ sanksiyalarından yayınmaq üçün özəl şirkətlər vasitəsilə neftini ixrac etməyə çalışır. Bunu  İran adlanan ölkənin birinci vitse-prezidenti İshak Cihangiri etiraf edib.

İ. Cahangiri deyib ki, İran nefti birjada təqdim olunacaq, özəl sektor neftin ixracı ilə məşğul ola bilər.

Qeyd edək ki, iyunun 29-da İranın neft naziri Bijən Namdar Zəngənə neft ixracını gündəlik  4 milyon barelə çatdıracaqları halda n ABŞ-ın İranın neft sektoruna sanksiya tətbiq edə bilməyəcəyini bəyan edib. Bijən Namdar Zəngənə ABŞ-ın bu həcmdə nefti dünya bazarından çıxarmasının mümkün olmadığını vurğulayıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqtonun tərəfdaşları və müttəfiqləri indidən İrandan neft idxalını azaltmağa başlamalı, dekabrın 4-dək İrandan neft idxalını tam dayandırmalıdır. Əks təqdirdə ABŞ həmin ölkələrə qarşı sanksiya tətbiq edəcək.

 

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın