
GADTB:“The Guardian” qəzetinin araşdırmasına görə, İranla əlaqəli köhnə neft tankerləri sanksiyalardan yan keçmək üçün istifadə olunur və bu gəmilər “işləyən saatlı bomba” kimi təsvir olunur.
Araşdırma 29 gəmini əhatə edib və müəyyən edib ki, bu tankerlərin təxminən yarısı tövsiyə olunan 20 illik təhlükəsiz istifadə müddətini keçib. Onlardan 7-si “çox yüksək risk” kateqoriyasına daxil edilib.
İran donanmasında hər biri təxminən 300 min ton neft daşıya bilən beş çox böyük və çox köhnə tanker var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu gəmilərdə baş verə biləcək qəza 1989-cu ildəki “Exxon Valdez” fəlakətindən daha ağır nəticələrə səbəb ola bilər.
Analitiklər bildirirlər ki, bu tankerlərin çoxu sığortasızdır və zəif nəzarət altında fəaliyyət göstərir. Qəza halında dəniz mühitinin təmizlənməsi üçün xərclərin 860 milyon dollardan 1,6 milyard dollara qədər ola biləcəyi qeyd edilir. /Azad Iran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi