Cümə axşamı , İyul 16 2026
azfa

Həbsdə olan azərbaycanlı gənc Milad Armun edam təhlükəsi ilə qarşılaşıb

GADTB:  Yayılan məlumatlara əsasən, “Ekbatən işi” kimi tanınan məhkəmə dosyesi üzrə təqsirləndirilən 26 yaşlı azərbaycanlı gənc Milad Armun saxlanıldıqdan təxminən üç il sonra İnqilab Məhkəməsində “müharibə elan etmə (moharibə)” və “qəsdən adam öldürmə” daxil olmaqla bir sıra ağır ittihamlarla mühakimə olunur. Məlumatlı mənbələr onun barəsində edam hökmünün çıxarılması ehtimalı ilə bağlı ciddi narahatlıq ifadə ediblər.

14 esfənd 1377-ci il təvəllüdlü Milad Armon əslən Ərdəbil vilayətinin Qoşa kəndindəndir. O, 12 Aban 1401 tarixində saxlanılıb və bundan əvvəl Tehranın Ekbatən qəsəbəsində yaşayıb. Onun saxlanıldığı yer və saxlanma şəraiti barədə davam edən məlumatsızlıq vəkilə çıxış, ailə ilə əlaqə və ədalətli məhkəmə araşdırması kimi fundamental hüquqların pozulması ehtimalı ilə bağlı narahatlıqları daha da artırır.

Mövcud şəraitdə məsuliyyətli məlumatlandırma və hüquqi proseslərin izlənməsi işin şəffaflığının artırılmasında və mümkün hüquq pozuntularının qarşısının alınmasında mühüm rol oynaya bilər. Ailədən, vəkillərdən və məlumatlı şəxslərdən etibarlı məlumatlara çıxışları olduğu təqdirdə, onların sənədləşdirilməsi üçün bu məlumatları insan hüquqları qurumlarına təqdim etmələri xahiş olunur.

Həmçinin yoxlayın

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Tramp: İran İslam Respublikası rəsmiləri 47 il ərzində hamını aldada biliblər

GADTB: ABŞ Prezidenti Donald Tramp Foks Nyus telekanalına müsahibəsində “İŞİD-i məhv etdiyiniz kimi, Sepahı da …