Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimi Evin həbsxanasında bir neçə azərbaycanlı fəala yeni ittiham irəli sürüb

GADTB: Azərbaycanlı vəkil və insan haqları fəalı Sina Yusifi sosial şəbəkə “X”də açıqlama verərək bildirib ki, Tahir Nəqəvi, Vədud Əsədi, Araz Aman, Murtəza Pərvin, Ayaz Seyfxah və Kərəm Mərdanə Evin həbsxanasında “rejim əleyhinə təbliğat” ittihamı ilə üzləşiblər.

Məlumata əsasən, sözügedən siyasi fəallar əvvəllər də siyasi fəaliyyətlə bağlı işlər üzrə saxlanılırdılar. Yeni ittihamların onların həbsxanadakı sağlamlıq vəziyyətinə etiraz etmələri və tibbi yardımdan məhrum edilmələri ilə bağlı şikayətlərindən sonra irəli sürüldüyü bildirilir.

Qeyd olunur ki, bu şəxslər çərşənbə axşamı – 1404-cü il isfand ayının 5-də Evin Prokurorluğunun İstintaq İdarəsinin 5-ci şöbəsinin çağırışı ilə həbsxananın “elektron məhkəmə icraatı” otağında videokonfrans vasitəsilə yeni ittihamla rəsmi şəkildə tanış ediliblər.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …