SEPAH Pezeşkianın göstərişini saymayıb, BƏƏ-yə zərbələr endirdi

GADTB: İranın terrorçu Sepah ordusu Pezeşkianın göstərişini saymayıb BƏƏ-nin paytaxtı Əbu-Dabiyə yenidən zərbələr endirib.

Bu barədə Teleqram kanallarında görüntü paylaşılıb.

Bu, İran Prezidenti Məsud Pezeşkanın raket və dron zərbələrinə görə qonşu ölkəərdən üzr istəməsindən sonra baş verib.

Pezeşkian ərazilərindən İrana hücum edilməyəcəyi təqdirdə qonşu ölkələrə zərbə endirilməyəcəyinə söz vermişdi.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın lideri Əli Xamənei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir. Tehran Körfəz ölkələrindəki mülki obyektləri də vurur.

Lakin bu gün İran prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqına və qonşu ölkələrə müraciət edib.

O, Rəhbərlik Şurasının hücumlar olmadığı təqdirdə region ölkələrinə hücum etməmək qərarına gəldiyini açıqlayıb:

“Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq”.

O, çıxışında hücuma məruz qalan qonşu ölkələrdən də üzr istəyib:

“Bölgə ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı qüvvələrimiz ölkənin şərəfini müdafiə etmək üçün müstəqil şəkildə hərəkət edib”.

Pezeşkian qonşu ölkələri “ABŞ və İsrailin oyuncağına çevrilməməyə və fikir ayrılıqlarını birgə həll etməyə çağırıb”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …