Cümə axşamı , Sentyabr 17 2026
azfa

İsrail Mehrabad aeroportunda SEPAH-ın Qüds Qüvvələrinin Hizbullaha silah daşıyan 16 təyyarəsini məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv edib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Təyyarələrin Livandakı Hizbullaha silah təchizatı üçün istifadə olunduğu vurğulanıb.

Məlumata görə, gecə ərzində İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana və Tehrandakı Merhabad hava limanında yerləşən hərbi infrastruktura genişmiqyaslı zərbələr endirib.

“Mehrabad hava limanı SEPAH-ın Qüds Qüvvələri tərəfindən istifadə olunurdu və rejimin Yaxın Şərqdəki terrorçu əlaltılarını silahlandırmaq və maliyyələşdirmək üçün mərkəz rolunu oynayıb. Silah və pulla yüklənmiş təyyarələr dəfələrlə hava limanından qalxaraq İran terror rejiminin əlaltılarının istifadəsi üçün bölgəyə eniş edib.

Hücumda SEPAH-ın Qüds Qüvvələri bölməsinin 16 təyyarəsi dəqiqliklə məhv edilib.

Həmçinin İran hava məkanında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinə təhlükə yaradan bir neçə İran qırıcı təyyarəsi hədəf alınıb”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …