Cümə axşamı , Sentyabr 17 2026
azfa

Tarixçi və tanınmış Qaşqay tədqiqatçısı Dr. Manuçehr Kiyani vəfat etdi

GADTB: Tarixçi və tanınmış tədqiqatçı və Pehlevi diktaturasının kəskin tənqidçisi Dr. Manuçöhr Kiyani vəfat edib. Onun cənazəsi Şiraz şəhərində, Qaşqayların mərkəzində torpağa tapşırılıb.

Dr. Kiyaninin vida mərasimi 14 Fevralda (Şənbə günü) Hafez Sarayı, Şiraz qarşısında keçirilib. Daha sonra onun dəfn mərasimi Sibuye Bulvarı, Darussalam, Şirazdakı məşhur şəxslərin və alimlərin məzarlığında təşkil olunub.

Dr. Kiyaninin bəzi əsərləri Türkiyə universitet dairələrində də istifadə olunur.

Əsas əsərləri arasında:

Qaşqay xalqının mübarizəsi Səfəvilərdən Pehlevi dövrünə qədər

1320-ci ilin Sentyabrından sonra Qaşqay xalqına baxış

“Siyəh Çadırlar”, Qaşqay xalqının həyatına dair tədqiqat

“Küç ba eşq şəqayəq”

Qaşqay əfsanələri və nağılları

Qaşqaylarda ənənəvi təbabət

“El Sözü” – tədqiqat, mədəniyyət, incəsənət və siyasi yönümlü illik jurnal, Qaşqay türklərinin ən böyük nəşriyyatlardan biri

Dr. Kiyaninin elmi və mədəni irsi Qaşqay xalqının tarix və mədəniyyətinə dair əhəmiyyətli töhfələrdən biri olaraq qalacaq.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …