Cümə axşamı , Sentyabr 17 2026
azfa

İsrailin Tehran və Təbrizdə təhlükəsizlik mərkəzlərinə eyni vaxtda hücum etdiyi iddia olunur

GADTB: İsrail Müdafiə Ordusu bəyan edib ki, eyni vaxtda həyata keçirilən əməliyyat çərçivəsində İran İslam Respublikasının təhlükəsizlik qurumlarına bağlı bir neçə mərkəz Tehran və Təbriz şəhərlərində hədəfə alınıb. Qurumun açıqlamasına görə, bu obyektlər İranın təhlükəsizlik və hərbi qüvvələrinin fəaliyyət göstərdiyi məkanlar olub.

Bəyanata əsasən, hücumların hədəfləri arasında Təbrizdə xüsusi təyinatlı qüvvələrin qərargahı, Tehranda Sepah (İnqilab Keşikçiləri Korpusu) hərbi kompleksi, ballistik raket və artilleriya atəşinə cavabdeh təhlükəsizlik bölməsinin qərargahı, Mərkəzi ostanın (Mərəğə) ictimai təhlükəsizlik və kəşfiyyat polisinin qərargahı, həmçinin Təbrizdə Bəsic qüvvələrinin geniş kompleksi yer alıb.

Açıqlamada hədəf alındığı bildirilən obyektlər belə sadalanıb:

Təbrizdə xüsusi təyinatlı qüvvələrin qərargahı

Tehranda Sepahın hərbi kompleksi

Ballistik raket və artilleriya atəşinə cavabdeh təhlükəsizlik bölməsinin qərargahı

Mərəğədə kəşfiyyat və ictimai təhlükəsizlik polisinin qərargahı

Təbrizdə Bəsic qüvvələrinin geniş hərbi kompleksi

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …