Bazar ertəsi , İyun 15 2026
azfa

İsrail Tehranda Xamemeniyə məxsus təyyarəni məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, Tehrandakı Mehrabad hava limanında İranın keçmiş ali liderinə aid olduğu bildirilən təyyarə məhv edilib.

Açıqlamada qeyd olunur ki, təyyarə İranın keçmiş ali rəhbəri Əli Xameneyi, eləcə də digər yüksək vəzifəli rəsmilər və hərbi şəxslər tərəfindən istifadə olunub. Bildirilir ki, bu təyyarə vasitəsilə hərbi təchizatların təşkili və müttəfiq ölkələrlə əlaqələrin idarə edilməsi həyata keçirilirdi.

İsrail ordusunun bəyanatında qeyd edilir ki, təyyarənin məhv edilməsi İran hakimiyyətinin müttəfiqlərlə əlaqə qurmaq və hərbi imkanlarını genişləndirmək qabiliyyətinə zərbə vurur.

Həmçinin yoxlayın

Bloomberg: “Hörmüz boğazının açılmasını təxminən 600 gəmi gözləyir”

GADTB: ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti razılaşma xəbəri beynəlxalq gəmiçilik …

Trampdan İranın nüvə proqramı ilə bağlı 60 günlük möhlət: Yekun razılaşma əldə olunmasa, hücumlar yenidən başlaya bilər

GADTB: ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində İranın nüvə proqramı ilə …