Bazar , Sentyabr 27 2026
azfa

Babək qalası mərasimi ərəfəsində yaxalanan fəallardan 5-i həbsə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iki gün öncə Ərdəbildə yaxalanan fəallarıdan 5 nəfəri yəni Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Səid Sadiqifər və Mehdi Huşmənd iyunun 3-də  saxta ittihamlarla mühakimə edilərək zindana salınıblar.

Rejimin Ərdəbildəki hakimi Seyfi, milli təhlükəsizlik və sistemə qarşı qrup yaratmaqda günahlandırdığı fəalların ittihamı sübuta yetirilmədən onları həbs etdirib. Məhkəmə azərbaycanlı fəalların qrup yaratması və ya hər hansı qrupa üzv olması ilə bağlı heç bir qaneedici dəlil və sənəd göstərə bilməyib.

Azərbaycanlı fəalların Ərdəbil zindanında fərqli bölmələrdə saxlanıldığı bildirilir.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın