Şənbə , Aprel 25 2026
azfa

Laricani ölümünün İranda panika yaratdığı bildirilir

GADTB: İran rəsmiləri ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlindən sonra qorxu içindədir və təhlükəsizlikləri üçün narahat olmağa başlayıb.

Bu barədə “Nyu York Tayms” qəzeti mənbəyə istinadən məlumat yayıb.

İran rəsmilərindən biri nəşrə bildirib ki, ölkə rəhbərliyinin və özlərinin taleyindən ciddi narahat olan həmkarlarından zənglər gəlir:

“Hamısı düşünür: növbəti hədəf kim olacaq?”

Başqa bir rəsmi şəxs Laricaninin qətl xəbərini alanda sarsıntı keçirdiyini etiraf edib:

“Yuxarılar”da geniş yayılmış bir narahatlıq hissi var: görünür, İsrail İranın bütün liderləri aradan qaldırılana və rejim devrilənə qədər dayanmayacaq”.

Qeyd edək ki, ötən gün İsrailin İrana zərbələri nəticəsində ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölüb. Əli Laricani ilə birgə oğlu, müavini və bir neçə mühafizəçisinin də öldüyü bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …