
GADTB: Məhəmməd Baqer Zülqədr İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təqaüdə çıxmış hərbi komandiridir.
71 yaşlı Zülqədr hazırda Məqsədyönlülük Şurasının katibi vəzifəsində çalışır.
O, əvvəllər İranın məhkəmə sistemində strateji, ictimai təhlükəsizlik və cinayətkarlığın qarşısının alınması məsələləri üzrə müavin vəzifəsində çalışıb. Həmçinin Mahmud Əhmədinejadın dövründə daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini olub.
M.Zülqədr 24 mart 2026-cı ildə ABŞ-İsrail qüvvələri tərəfindən öldürülən Əli Laricaninin yerinə Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani martın 17-də İsrailin Tehrana hava hücumu zamanı öldürülüb.
Xatırladaq ki, bir müddət öncə Hüseyn Dehqanın mərhum Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunduğu açıqlanmışdı. Dehqan daha öncə müdafiə naziri və keçmiş ali rəhbərin müdafiə sənayesi üzrə müşaviri vəzifələrində çalışıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi