Cümə axşamı , Sentyabr 17 2026
azfa

Husilər müharibəyə qoşuldu: Yəməndən İsrailə ilk zərbə

GADTB: Yəməndə İran tərəfindən dəstəklənən husilər İsrail istiqamətində ballistik raket ataraq müharibəyə qoşulduqlarını faktiki olaraq nümayiş etdiriblər.

Məlumata görə, buraxılan raket İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İsrail ordusu hücumun qarşısının uğurla alındığını və itkilərin olmadığını açıqlayıb.

Bu, hazırkı münaqişə dövründə Yəmən ərazisindən İsrailə edilən ilk hücum kimi dəyərləndirilir.

Husilər daha öncə İrana qarşı hücumların davam edəcəyi təqdirdə əməliyyatlarının coğrafiyasını genişləndirəcəkləri ilə bağlı xəbərdarlıq etmişdilər./Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …