Cümə axşamı , Noyabr 12 2026
azfa

İranın hərbi strukturlarda çat: qüvvələr qeyri-müəyyən vəziyyətdə – “Komandirlər ya qaçıblar, ya da ortada yoxdur”- Video

GADTB: Yayılan bir videoya əsasən, quru qoşunlarının daxilindən gələn görüntülər hərbi qüvvələr arasında ciddi ruh düşkünlüyü və komanda idarəetmə sistemində böhran əlamətlərinin yarandığını göstərir. Videoda danışan hərbçilərdən biri etiraz dolu ifadələrlə bildirir ki, müharibənin davam etməsi onlar üçün artıq mənasını itirib və qarşılarında konkret məqsəd görünmür.

O deyir: “Artıq bu müharibənin hansı dəyəri olduğunu anlamırıq; bizə sadəcə ‘gözləyin’ deyirlər. Nə əmr var, nə də xəbər.”

Həmin hərbçinin sözlərinə görə, bir çox komandirlər ya mövqeləri tərk ediblər, ya da artıq ortada yoxdur və nəticədə qüvvələr faktiki olaraq rəhbərliksiz və qeyri-müəyyən vəziyyətdə qalıblar.

Açıqlamada həmçinin cəbhədəki vəziyyətə də toxunulur. Bildirilir ki, hərbçilər demək olar ki, hər gün hava hücumlarından yayınmaq üçün gizlənməyə və mövqelərini dəyişməyə məcbur qalırlar, lakin onlara konkret tapşırıq verilmir. Bu şəraitin son dərəcə gərgin olduğu vurğulanır və bəzi hərbçilərin artıq təslim olmağı belə mümkün variant kimi düşündükləri qeyd olunur.

https://t.me/GADTB1/51227

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …