Bazar ertəsi , Avqust 17 2026
azfa

ABŞ rəsmisi: Tramp İranın yeni təklifindən narazıdır

GADTB: Adı açıqlanmayan ABŞ rəsmisi prezident Donald Trump-ın İranın son təqdim etdiyi təklifdən narazı olduğunu bildirib.

Mənbənin sözlərinə görə, narazılığın əsas səbəbi təklifdə İranın nüvə proqramına dair konkret məsələlərin əks olunmamasıdır.

Bundan əvvəl Ağ Evin sözçüsü də təsdiqləmişdi ki, Tramp və onun müşavirləri İranın təqdim etdiyi planı nəzərdən keçiriblər.

Məlumata görə, bəzi iranlı və regional rəsmilər yeni təklifin Hörmüz boğazının dərhal açılması, nüvə danışıqlarının müharibənin sonuna qədər təxirə salınması və İran limanlarına tətbiq olunan dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutduğunu iddia ediblər.

Donald Tramp isə daha əvvəl xəbərdarlıq edərək bildirib ki, İranın nüvə proqramından imtina edilməsini açıq şəkildə ehtiva etməyən heç bir təklifi qəbul etməyəcək.

Eyni zamanda, Pakistan mənbələri Tehran və Vaşinqton arasında vasitəçilik səylərinin fasiləsiz davam etdiyini vurğulayır.

Digər tərəfdən, şənbə günü Trampın xüsusi nümayəndəsi Stiv Vitkof və kürəkəni Cared Kuşnerin Pakistan səfərinin ləğv edilməsindən sonra sülh danışıqlarının bərpasına dair ümidlərin azaldığı qeyd olunur.

Həmçinin yoxlayın

Tramp: ABŞ rəsmiləri SEPAH rəhbərləri ilə birbaşa danışırlar

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi, 26 mordad, Fox News telekanalına müsahibəsində ABŞ-ın SEPAH …

“Akıncı” Çin istehsalı PUA-nı məhv etdi – Video

GADTB: Sudanda ordu bölmələri Çevik Dəstək Qüvvələrinə məxsus Çin istehsalı “CH-95” PUA-sını məhv edib. Bu …