GADTB: “Reuters” xəbər verir ki, İran və Oman arasında müzakirə olunan yeni razılaşma Tehrana Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilər üzərində qismən nəzarət imkanı verə bilər. Agentliyin məlumatına görə, bu, İrana edilən ən mühüm güzəştlərdən biri hesab olunur. Bununla belə, mənbələr ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında gəmiçiliyin …
Ətraflı oxu »Gündəlik Arxivlər: Avqust 5, 2026
Marinetraffic: Hörmüz boğazından keçən gəmilərin sayı azalıb
GADTB: Marinetraffic izləmə platformasının məlumatına görə, 4 avqust tarixində Hörmüz boğazından keçən gəmilərin sayı 10-dan 8-ə enib. Hesabatda strateji dəniz marşrutlarında gəmi hərəkətində baş verən dəyişikliklərə diqqət çəkilərək bildirilib ki, siqnal ötürməyən gəmilər, sanksiya altında olan gəmilər və “kölgə donanması”nın fəaliyyəti dənizçilik üçün təhlükə risklərini artırmaqda davam edir. Məlumatlara əsasən, …
Ətraflı oxu »BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İranda edamların dərhal dayandırılmasına çağırıb
GADTB: BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk İranda edamların və ölüm hökmlərinin artmasından ciddi narahatlığını ifadə edib. Avqustun 5-də yayımlanan bəyanatda o, İran hakimiyyətini bütün edamları dərhal dayandırmağa və ölüm cəzasının tam ləğvi istiqamətində addımlar atmağa çağırıb. Bəyanatda bildirilir ki, 19 mart 2026-cı ildən indiyədək milli təhlükəsizliklə bağlı …
Ətraflı oxu »İran Xəzər konvensiyasını parlamentə göndərib – ekspertlər iqtisadi güzəştlərdən danışıb
GADTB: İran hökumətinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiqi ilə bağlı qanun layihəsini parlamentə təqdim etmək qərarı ölkədə geniş müzakirələrə səbəb olub. İranlı ekspertlərin əksəriyyəti hesab edir ki, hökumət bu addımla Xəzər dənizində mühüm iqtisadi güzəştlərə razılıq verir. Türkiyə Onlayn Jurnalistlər Birliyinin rəhbəri və təhlükəsizlik üzrə …
Ətraflı oxu »Vəhid Namidən şovinist baxışa qəti cavabı: Türk dili nə icazəyə, nə də izaha ehtiyac duyur – Video
GADTB: Türk rejissoru Vəhid Nami, filmini nə üçün türk dilində çəkdiyi və bunun ölkənin mərkəzində geniş istifadə olunan dildən nə ilə fərqləndiyi barədə jurnalistin sualına sərt və tənqidi cavab verərək ana dilində danışmaq və yaradıcılıq hüququnu müdafiə edib. O bildirib ki, rejissor yalnız filmini hansı dildə çəkdiyinə görə öz seçimini …
Ətraflı oxu »Ermənistanla ABŞ TRIPP layihəsinin icrasını müzakirə ediblər
GADTB: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Aryeh Lightstone ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşdə Transxəzər Müəssisələri Fondunun prezidenti Konstantin Sokolov da iştirak edib. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra əldə …
Ətraflı oxu »Heqset İranla müharibə nəticəsində ABŞ-ın hava hücumundan müdafiə raketlərinin ciddi azalması barədə iddianı rədd etdi
GADTB: ABŞ-ın müdafiə naziri Pit Heqset CNN-in ABŞ ordusunun İranla müharibə zamanı THAAD hava hücumundan müdafiə sisteminin raket ehtiyatlarının təxminən 80 faizini istifadə etdiyi barədə xəbərini təkzib edib. O, “X” sosial şəbəkəsində CNN-in bu xəbərinin başlığını paylaşaraq yazıb: “Bu başlıq doğru deyil, CNN. Utanmalısınız.” Heqset başqa bir paylaşımında isə bildirib: …
Ətraflı oxu »Türkcə danışdığı üçün Təbrizdə doktorluq dissertasiyasının müdafiəsi ləğv edilib-Video
GADTB: Təbrizdə bir doktorantın dissertasiya müdafiəsinin yalnız türkcə danışdığına görə ləğv edilməsi elmi və akademik mühitdə dil ayrı-seçkiliyi məsələsini yenidən gündəmə gətirib. Məlumata görə, Təbriz İslam İncəsənət Universitetində şəhərsalma ixtisası üzrə doktorantın dissertasiya müdafiəsi tələbənin çıxışını və müdafiəsini türk dilində təqdim etməsi səbəbindən dayandırılıb və ləğv olunub. Doktorantın sözlərinə görə, …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi