Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Körfəz ölkələri Hörmüzdən gizli neft daşımaları həyata keçirib

GADTB: Körfəz ölkələri Hörmüz boğazından gizli şəkildə böyük həcmdə xam neft daşımağa davam etdiyi bildirilir.

“Bloomberg”in məlumatına görə, Yaxın Şərq neft istehsalçıları bu daşımalarla qlobal bazarda qiymət artımının qarşısını almağa çalışırlar. İranla müharibənin başlamasından sonra həyata keçirilən gizli neft daşımaları daha ciddi təchizat böhranı gözləyən qlobal bazar üçün mühüm vasitəyə çevrilib.

Bu marşrutların bir neçə aydır fəaliyyət göstərdiyi bildirilir. Lakin təhlükəsizlik məqsədilə bir sıra tankerlərin izləmə sistemlərini söndürməsi onların dəqiq marşrutlarının və daşınan neftin həcminin müəyyənləşdirilməsini çətinləşdirir.

“Bloomberg” yazıb ki, mümkün daşınma həcmləri bazarın gündəlik 4 milyon barel səviyyəsindəki proqnozlarını belə üstələyə bilər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …