Cümə axşamı , Sentyabr 24 2026
azfa

Gündəlik Arxivlər: Avqust 10, 2026

Əhməd Vəhidiyə SEPAH-ın baş komandanı təyin edilib

GADTB: Müctəba Xamenei ayrı-ayrı sərəncamlarla Silahlı Qüvvələrin Baş Qərargahında, İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) və Bəsicdə altı yüksək rütbəli komandir təyin edib. Bu dəyişikliklər son müharibədə öldürülən komandirlərin yerinə yeni şəxslərin təyin olunmasını nəzərdə tutur. Sərəncamlara əsasən, general-mayor Əli Abdullahı Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, briqada generalı Keyumərs Heydəri isə …

Ətraflı oxu »

Güney Azərbaycanın tarixi adlarının qorunması ilə bağlı çağırış

GADTB: Güney Azərbaycanın şəhər, kənd, dağ, çay və digər coğrafi məkanlarının əhəmiyyətli hissəsinin tarixi adları ötən onilliklər ərzində dəyişdirilib, təhrif olunub və ya farslaşdırılmış formada işlədilib. Bu baxımdan, həmin ərazilərin əsil və tarixi adlarının qorunması və yenidən tanıdılması xüsusi əhəmiyyət daşıyır. Kampaniyaya baçlayanlar dost və tərəfdarlarını Azərbaycanın şəhər, kənd, məhəllə, …

Ətraflı oxu »

İran Trampla «qumar oynayaraq» vaxt uduzur

GADTB: İsrailin Ynet nəşri analitik hesabatında İranın ABŞ prezidenti Donald Trampla danışıqlarda vaxt qazanmağa can atdığını və əldə olunan razılaşmaları sonradan pozaraq vəziyyəti öz xeyrinə dəyişdirməyə çalışdığını yazıb. Nəşrin məlumatına görə, Fars körfəzindən təxminən 80 milyon barel İran nefti çıxarılıb və dondurulmuş İran aktivlərinin azad edilməsi imkanları araşdırılıb. Ynet hesab …

Ətraflı oxu »

Marin Traffic: Həftəsonu Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

GADTB: “MarineTraffic” şirkətinin yaydığı məlumata görə, həftəsonu Hörmüz boğazında dəniz nəqliyyatının hərəkəti nəzərəçarpacaq dərəcədə azalıb. Təsdiqlənmiş keçidlərin sayı cümə günü, avqustun 7-də 15 olduğu halda, şənbə günü 11-ə, bazar günü isə 6-ya düşüb. Üç gün ərzində ümumilikdə 32 gəmi Hörmüz boğazından keçib. Onlardan 17-si İran İslam Respublikası tərəfindən müəyyən edilmiş …

Ətraflı oxu »

İraq Daxili İşlər Nazirliyi: Qanunsuz pilotsuz uçuş aparatları terror vasitəsi kimi qiymətləndiriləcək

GADTB: İraq Daxili İşlər Nazirliyi silahların dövlət nəzarətinə keçirilməsi planı çərçivəsində ölkə üzrə 6 milyon odlu silah barədə məlumatları əhatə edən vahid məlumat bazasının yaradıldığını açıqlayıb. Nazirlik bildirib ki, indiyədək özünü “Həşdi-Şəbi”yə bağlı kimi təqdim edən 71 saxta qərargah və 119 silah mağazası bağlanıb. Həmçinin vətəndaşlara məxsus 500 mindən çox …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “İranda savaş qapıda — Güneyin istiqlalı da qapıda!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “İranda savaş qapıda — Güneyin istiqlalı da qapıda!” mövzusunda çıxış edib. Sayın Əjdər bəy çıxışında həmçinin bir sıra şəxslərin hələ də irqçi fars rejimin xeyrinə addım atmalarına baxmayaraq əhalinin Güney Azərbaycanda müstəqillik …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi üç azərbaycanlı fəal Təbrizin Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülüb

GADTB: Təbrizin Mərkəzi Həbsxanasında saxlanılan Səməd Heydəri, Rza Səlimi və Əmin Təqizadə adlı üç azərbaycanlı fəal dezintoksikasiya bölməsindən məhbusların saxlanıldığı 15-ci bölməyə köçürülüb. Məlumata görə, bu köçürülmə səbəbi ilə bağlı hər hansı aydın və şəffaf izahat verilmədən həyata keçirilib. Bu isə üç fəalın saxlanma şəraiti və hüquqi vəziyyəti ilə bağlı …

Ətraflı oxu »