Cümə axşamı , Sentyabr 17 2026
azfa

Səid İsapur Urmiya gölünün suyunun müəyyən dərəcədə artdığını iddia edir

GADTB: Urmiya Gölünün Bərpası Qərargahının Planlaşdırma və İnteqrasiya Ofisinin direktoru Səid İsapur deyib ki, Urmiya gölündə mövcud olan su miqdarı 3.5 milyard kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

O, Urmiya gölünün sahəsinin də 2255 kvadrat kilometrə çatdığını bildirib və bunun ötən ilin eyni dövrü ilə müqayisədə 1700 kvadrat kilometr çox olduğunu iddia edib.

Son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması Urmiya gölünün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub.

Urmiya gölünün Bərpası Qərargahının keçmiş katibi İsa Kəlantəri isə mediaya verdiyi müsahibədə gölün canlanması ilə bağlı məlumatları şişirdilmiş hesab edib:

“Göldə su miqdarının artması bərpa layihələrinin icrasına görə deyil, bu, əsasın təbiətin səxavətinin nəticəsidir. Son 2 ay ərzində yağan yağışlar gölün canlanmasında əsas rol oynayıb və yay aylarında suyun buxarlanması ilə Urmiya gölü yenidən quruyacaq”.

Qeyd edək ki, sahəsinə görə Urmiya gölünün maksimum su həcmi 30 milyard kubmetr, orta su həcmi isə 15 milyard kubmetr olmalıdır.

Həmçinin yoxlayın

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …

Ətraf mühit dərnəkləri Kəndivana yeni turizm yolunun çəkilməsinə qarşı çıxıblar

GADTB: Şərqi Azərbaycan Ətraf Mühit Dərnəklərinin Koordinasiya Şurasının üzvləri “Yasşəhr”dən Kəndivan kəndinə yeni turizm yolunun …