Çərşənbə axşamı , May 5 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İranda edamlarla bağlı xəbərdarlıq edir

GADTB: Beynəlxalq Əfv Təşkilatının molla rejimin siyasi məhbusları və dinc etirazları edam etməsi ilə bağlı xəbərdarlıq edir. Təşkilat İran məhkəməsinin 13 etirazçının və müxalifin edam cəzasını yerinə yetirmək üçün barələrində irəli sürülən ittihamları əsaslandırmağa çalışdığı bildirilir..

Təşkilatın bununla bağlı bəyanatında deyilir: “Hakimiyyət siyasi müxaliflərə və etirazçılara qarşı özbaşına edamları gücləndirir, işgəncə və ədalətsiz məhkəmə proseslərindən sonra ölüm hökmünə məhkum edilmiş 13 məhbusun işlərinin sənədləşdirilməsinə çalışır”.

Beynəlxalq Əfv Təşkilatı İran hakimiyyətinin ölüm hökmündən cəmiyyətdə qorxu yaratmaq üçün bir vasitə kimi istifadə etdiyini qeyd edib.

Təşkilat siyasi müxaliflərə və etirazçılara qarşı ölüm hökmlərinin verilməsi və icrası prosesinin artan tendensiyasının cəmiyyətdə etiraz səsini susdurmaq üçün mütəşəkkil təhdid siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

Beynəlxalq Əfv Təşkilatı həmçinin beynəlxalq ictimaiyyəti bu tendensiyaya dərhal reaksiya verməyə və ölüm hökmünə məhkum edilmiş məhbusların taleyinə laqeyd qalmamağa çağırıb.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …