Cümə axşamı , İyul 16 2026
azfa

ABŞ rəsmisi: Ya razılaşma olacaq, ya da İran güclü bombardmanla üzləşəcək

GADTB: Axios nəşrinin yaydığı məlumata görə, yüksək vəzifəli ABŞ rəsmisi İranla bağlı yaxın vaxtlarda ya razılaşmanın əldə olunacağını, ya da hərbi eskalasiyanın baş verəcəyini bildirib.

Mənbənin sözlərinə görə, “ya tezliklə real çərçivəyə malik bir razılaşma əldə ediləcək, ya da prezident Donald Trump İran İslam Respublikasına qarşı genişmiqyaslı bombardman əmri verəcək”.

Axios-un məlumatına əsasən, “Hörmüzdə azadlıq layihəsi” ilə bağlı müzakirələr çərçivəsində Donald Tramp İranla bağlı “nə razılaşma, nə də müharibə” vəziyyətindən narazılığını ifadə edib və bu vəziyyəti dəyişmək üçün yeni plan üzərində işləyir. Bildirilir ki, bu plan qarşıdurmanın artmasına səbəb ola bilər.

Hesabatda adı açıqlanmayan ABŞ rəsmisi əlavə edib: “Danışıqlar davam edir, müxtəlif təkliflər müzakirə olunur. Biz onların təkliflərindən razı deyilik, onlar da bizim təkliflərimizdən razı qalmayıblar.”

Həmçinin yoxlayın

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Tramp: İran İslam Respublikası rəsmiləri 47 il ərzində hamını aldada biliblər

GADTB: ABŞ Prezidenti Donald Tramp Foks Nyus telekanalına müsahibəsində “İŞİD-i məhv etdiyiniz kimi, Sepahı da …