Cümə axşamı , İyul 30 2026
azfa

Ermənistandan daha 2 milyardlıq silah saziş

GADTB: “Tayms of İndia” qəzetinin məlumatına görə, Ermənistan Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir.

Məqalədə silahların alınmasının səbəbi kimi Ermənistanın müharibəyə hazırlaşması da dolayısı ilə vurğulanıb. Bildirilib ki, guya İrəvan “Azərbaycan-Pakistan-Türkiyə ittifaqından artan təhdidlər fonunda” silahlı qüvvələrini gücləndirmək üçün təxminən 2 milyard dollar dəyərində silah tədarükü müqavilələri imzalayıb.

“Bu addım Ermənistanın Ukraynadakı uzunmüddətli münaqişə səbəbindən Rusiyadan hərbi dəstəyin azalmasından sonra yeni təhlükəsizlik tərəfdaşları axtarmağa məcbur olması ilə əlaqədardır.

Əlaqələrin dərinləşdirilməsi çərçivəsində Ermənistan silahlı qüvvələrinin üç nəfərlik nümayəndə heyəti bu yaxınlarda Maharaştra ştatının Naşik şəhərindəki artilleriya məktəbini ziyarət edib. Ermənistan hərbçiləri Hindistanın təlim metodları haqqında məlumat əldə edib və canlı artilleriya atəşlərini müşahidə ediblər”, – məqalədə vurğulanıb.

Bundan əlavə, ötən ay Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Yeni Dehlidə Hindistan Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən Müdafiə Qərargahı rəisi general Anil Çauhan və Ordu Qərargahı rəisi general Upendra Dvivedi ilə yüksək səviyyəli danışıqlar apardığı xatırladılır.

Qeyd edək ki, Hindistan 2020-ci ilin 44 günlük müharibədən sonra Ermənistanın əsas müdafiə tərəfdaşlarından birinə çevrilib.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …