Bazar , Noyabr 29 2026
azfa

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində müharibəyə son qoyulması ilə bağlı memorandum üzərində razılığa gəliblər və sənədin 19 iyunda rəsmi şəkildə imzalanacağı gözlənilir.

Razılaşmanın tam mətni hələ ictimaiyyətə açıqlanmayıb. Məlumatlara əsasən, ABŞ və İran tərəfləri sənədin bəzi müddəalarını fərqli şəkildə şərh edirlər. Bu isə razılaşmanın icrasını və növbəti mərhələdə aparılacaq danışıqları çətinləşdirə bilər.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın media orqanları bildiriblər ki, İran razılaşmanın öz şərhini əsas götürməli və ABŞ-ın təqdim etdiyi şərhləri qəbul etməməlidir. Həmin media qurumları İranın sənədi öz anlayışına uyğun şəkildə həyata keçirməsinin vacibliyini vurğulayıblar.

Müşahidəçilərin fikrincə, bu mövqe ABŞ və İran arasında razılaşmanın bəzi maddələrinin mahiyyəti ilə bağlı fərqli baxışların mövcud olduğunu göstərir və gələcəkdə tərəflər arasında əlavə fikir ayrılıqlarına səbəb ola bilər.

Həmçinin yoxlayın

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …