
GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) yaydığı bəyanatda İran vaxtı ilə iyulun 21-i çərşənbə axşamı saat 04:30-da İran İslam Respublikasına qarşı növbəti hücum mərhələsinin başa çatdığını açıqlayıb. SENTKOM-un bildirdiyinə görə, hücumlar İran İslam Respublikasının hərbi komandanlıq mərkəzlərini, dəniz qüvvələrinin imkanlarını, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini, eləcə də hava hücumundan müdafiə sistemlərini hədəf alıb. Əməliyyatın məqsədinin bu rejimin Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək olduğu qeyd edilib.
SENTKOM-un rəsmi bəyanatının mətni: ABŞ İran İslam Respublikasına qarşı son hücum mərhələsini başa çatdırdı
Tampa, Florida — ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) iyulun 20-də ABŞ-ın şərq vaxtı ilə saat 21:00-da İran İslam Respublikasına qarşı növbəti hücum mərhələsini başa çatdırdığını açıqlayıb.
ABŞ qüvvələri İran İslam Respublikasının hərbi komandanlıq mərkəzlərini, dəniz qüvvələrinin imkanlarını, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini, eləcə də hava hücumundan müdafiə sistemlərini hədəfə alaraq, İran İslam Respublikasının Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etmək imkanlarını zəiflətməyə çalışıblar.
Beynəlxalq əhəmiyyət daşıyan bu strateji dəniz keçidindən ticarət gəmilərinin hərəkəti davam edir. May ayının əvvəlindən etibarən SENTKOM qüvvələri təxminən 900 ticarət gəmisinin təhlükəsiz keçidinə və 450 milyon barel xam neftin daşınmasına yardım göstərib.
ABŞ qüvvələri yüksək döyüş hazırlığı vəziyyətində qalır və İran İslam Respublikasını, onların ifadəsi ilə, “Hörmüz boğazından sərbəst və açıq şəkildə keçməyə çalışan mülki dənizçilərə qarşı əsassız təcavüzkar hərəkətlərə” görə cavabdeh tutmağa hazır olduqlarını bildiriblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi