
GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu qiymətləndirməkdir.
Nəşrin məlumatına görə, atasının həlak olmasından sonra Müctəba Xameneyi demək olar ki, qeybə çəkilib: o, telefon və kompüterdən istifadə etmir, xarici aləmlə əlaqəni isə yalnız etibar etdiyi şəxslər vasitəsilə saxlayır.
Məhz bu vasitəçilərin axtarışına hazırda CIA və “Mossad”ın qüvvələri cəlb olunub.
Bildirilir ki, CİA-nin Üsamə bin Ladenin axtarışı üzrə əməliyyatını xatırladan taktikadan istifadə olunur; həmin əməliyyatda kuryer şəbəkəsinin izlənilməsi uğurun açarına çevrilmişdi./Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi