Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi ABŞ hücumları ehtimalının artması fonunda regionun müsəlman ölkələrini hədələdi

GADTB: İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Abdullahi ABŞ-ın İranla qarşıdurmanı “artan sürətlə” genişləndirdiyini iddia edib.

İSNA agentliyinin məlumatına görə, Abdullahi bunu “təhlükəli strategiyanın nəticəsi” adlandıraraq region ölkələrinə sərt xəbərdarlıq edib.

Əli Abdullahi bildirib:

“Açıq şəkildə bəyan edirik ki, müsəlman ölkələri ABŞ-la əməkdaşlıq və onu dəstəkləmək məsələsinə yenidən baxmalıdırlar. Əks halda, ABŞ üçün müdafiə sipərinə çevrilən hər bir ölkə müharibə alovunda yanacaq.”

Bu açıqlamalar İranın son dövrlərdə regionda, o cümlədən İordaniya istiqamətində pilotsuz uçuş aparatları və raket hücumlarını davam etdirməsi, həmçinin İranın dəstəklədiyi husilərin strateji əhəmiyyət daşıyan Babul-Məndəb boğazı ilə bağlı təhdidlərini artırdığı bir vaxta təsadüf edir. Bu vəziyyət region ölkələrində narahatlığın daha da artmasına səbəb olub.

Səudiyyə Ərəbistanı isə Babul-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə 14 ölkənin iştirakı ilə beynəlxalq dəniz koalisiyasının yaradıldığını açıqlayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …