
GADTB: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan liderlərinin Ciddədə keçirilən sammiti ilə eyni vaxtda Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, avqustun 7-də Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı “Məkkə Sazişi” adlı birgə müdafiə sazişini imzalayıblar.
İmzalanmış sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək.
Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, bu saziş «üç ölkənin kollektiv təhlükəsizliyini daha da gücləndirmək öhdəliyinin göstəricisidir».
Bəyanatda həmçinin vurğulanıb ki, saziş regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, eləcə də daha təhlükəsiz və firavan gələcəyin təmin edilməsi məqsədilə hazırlanıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi