
GADTB: Ərdəbil şəhər prokurorluğunun göstərişi ilə şəhərdə fəaliyyət göstərən bir neçə döymə (tatu) xidmət mərkəzi möhürlənib və onların bir sıra məsul şəxsləri saxlanılıb.
Əyalət prokurorunun nümayəndəsi Möhsün İmamı şənbə günü, 24 mordad 1405-ci il tarixində İran İslam Respublikasının dövlət televiziyasına bildirib ki, həmin mərkəzlər prokurorluğun xüsusi nümayəndəsinin iştirakı ilə müəyyən edilərək möhürlənib.
İran rəsmisinin iddiasına görə, bu mərkəzlərin fəaliyyəti üçün müvafiq icazə olmayıb və onların idarəçiləri qadın və kişilərə döymə xidmətləri göstərib, gördükləri işlərin görüntülərini isə sosial şəbəkələrdə yayımlayıblar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi