Çərşənbə , Oktyabr 14 2026
azfa

Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb

Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstqahi deyib ki, avqustun 15-də Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb

O, ötən ilin eyni dövrü gölün sahəsinin 552 kvadrat kilometr olduğunu və bu il 1935 kvadrat kilometr artdığını söyləyib.

Bununla yanaşı göldə suyun miqdarının da 4 milyard 200 milyon kubmetr olduğu bildirilib.

Qeyd edək ki, ekoloqların bildirdiyinə görə, yay aylarında göldə olan su miqdarının təxminən 2 milyard kubmetrinin buxarlanacağı gözlənilir.

Urmiya gölünün maksimum ekoloji (tarixi ideal) su tutumu təxminən 30–32 milyard kubmetr, sahəsi isə təxminən 5000–6000 kvadratkilometr olub.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …