Bazar , Noyabr 29 2026
azfa

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün təmaslarla bağlı açıqlama verərək bildirib ki, İran Suriyada xalqına qarşı törətdiklərini etiraf etməlidir.

O, Tehranla Vaşinqton arasında danışıqlar prosesində Pakistanın rolunu yüksək qiymətləndirərək deyib: «İslamabad hələ Suriya ilə İran arasında vasitəçilik təklifi irəli sürməyib.»

Əl-Şeybani İsraillə bağlı isə bildirib ki, hər hansı strateji razılaşmanın müzakirəsi üçün hələ «çox tezdir». O, Suriyanın əsas prioritetinin İsrailin hücumlarının dayandırılması olduğunu vurğulayıb.

Əl-Şeybani bildirib: «Suriya müstəqil dövlətdir» və vurğulayıb ki, İsrail Dəməşqin ittifaqlarını və tərəfdaşlıqlarını müəyyənləşdirməməlidir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …